İlahiyyat İnstitutunda digər dinlər də öyrədiləcək

     Yeni yaradılan İlahiyyat İnstitutunda İslamla yanaşı digər dinlər üzrə də mütəxəssislərin hazırlanması planlaşdırılır.

     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) bildirilən bu xəbəri Strateq.az saytı yazıb. Komitədən bildirilib ki, institutun bu ilin sentyabr ayından etibarən fəaliyyətə başlaması nəzərdə tutulub: "Hazırda institutun nizamnaməsinin hazırlanması üzərində iş gedir. Bu işlər yekunlaşmaq üzrədir. Tələbə qəbuluna gəldikdə isə bu məsələ müzakirə mərhələsindədir. Onun həlli istiqamətində işlər aparılır".

       DQİDK-dan xüsusi olaraq bildirilib ki, İlahiyyat İnstitutunda tədris prosesinə xaricdə təhsil almış azərbaycanlılarla yanaşı, gələcəkdə xarici mütəxəssislərin də dəvət edilməsi nəzərdə tutulub. Hazırda institut üçün binanın müəyyənləşdirilməsi prosesi də davam edir. Bu məsələ ilə Əmlak Məsələləri Dövlət Komitəsi məşğul olur.

    Qeyd edək ki, 2018-ci il fevralın 9-da Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında