Əməkdaşlara təlimçi sertifikatı təqdim edilib

Azərbaycanda uşaq inkişafı çətinliklərinin erkən aşkarlanmasına dair yeni yanaşmaları tətbiq etmək məqsədilə 2014-cü ildən UNİCEF-in və Səhiyyə Nazirliyinin dəstəyi ilə Ankara Universitetinin İnkişaf Pediatriya kafedrası, Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Bakı Bərpa Müalicə Mərkəzi arasında əməkdaşlığa başlanıb.

Ankara Universitetinin İnkişaf Pediatriyası kafedrası tərəfindən hazırlanmış “İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərliyin“(İDİR) klinik istifadəsinin tətbiqi məqsədilə Türkiyə və Azərbaycan mütəxəssislərindən ibarət işçi qrup yaradılıb. İşçi qrup tərəfindən İDİR-n Azərbaycanda tətbiqi üçün onun diplomdansonrakı təhsil proqramlarına (rezidentura daxil olmaqla) daxil edilməsi qərara alınıb.

Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının dosenti M.Qaraxanova, nevrologiya və klinik neyrofiziologiya kafedrasının assistenti M.Məmmədova və ailə təbabəti kafedrasının kuratoru S.Əliyeva Bakıda və respublikanın rayonlarında həkimlər üçün İDİR-ə həsr edilən təlimlərin keçirilməsində iştirak ediblər.

Ankara Universitetinin İnkişaf Pediatriyası kafedrasının rəhbəri, İDİR üzrə Beynəlxalq Rəhbərliyin müəllifi professor İlgi Ertem və kafedranın nümayəndəsi Özlem Gülümser Azərbaycanda İDİR-in tətbiqinin monitoringi məqsədilə Bakıya gəliblər.

Səfər zamanı Bakıdakı 13 saylı uşaq poliklinikasında Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan pediatr, nevroloq, neonatoloq, psixoloq, loqoped, pedaqoqlar üçün institutun əməkdaşları tərəfindən təlim təşkil edilib. Professor İlgi Ertem və əməkdaşları təlimləri qiymətləndiriblər. Ə.Əliyev adına ADHTİ-nin əməkdaşları “İkişafın Dəstəklənməsi və İzlənməsi Beynəlxalq Rəhbərliyi”nin istifadəsi üzrə təlimçi sertifikatına layiq görülıblər.

 

Zərifə BƏŞİRQIZI.
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında