“Ən aktiv işəgötürən şirkət”

ADA universitetində təşkil olunan karyera sərgisində “Nar” operatoru “Ən aktiv işəgötürən şirkət” mükafatına layiq görülüb.

Şirkətdən verilən məlumata görə, sərgi çərçivəsində mobil operatorun iş imkanları və tələbə proqramları ziyarətçilərin böyük marağına səbəb olub. Keçirilən karyera sərgisində 105 yerli və xarici şirkət iştirak edib. “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke sərgidə aktivliyi ilə seçilən “Nar”-ın bu mükafata layiq görülməsindən məmnunluğunu dilə gətirib: “Yerli şirkət olaraq “Nar” hər zaman azərbaycanlı gənclər üçün iş imkanları yaradır. Biz gənc istedadlardan dünya səviyyəli mütəxəssislər yetişdirməyə çalışırıq, onların parlaq karyera qurmalarına dəstək oluruq. Bu gün ən aktiv işəgötürən olaraq ADA universiteti tərəfindən mükafata layiq görüldüyümüz üçün fərəh hissi keçiririk. “Nar”-a göstərilən marağa görə bütün sərgi iştirakçılarına təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, ADA universitetində keçirilən sərgiyə ümumilikdə 800-dən çox tələbə qatılıb. Birbaşa şirkət təmsilçiləri ilə ünsiyyətdə olan tələbələr müxtəlif şirkətlərdə karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında