“Magistr-2018” müsabiqəsi elan olunub

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən, akademiyada “Magistr-2018” müsabiqəsi elan olunub. www.science.az saytının məlumatında deyilir ki, müsabiqənin keçirilməsində əsas məqsəd AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir.

Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan tələbələr iştirak edə bilərlər. Yekunda ən yüksək nəticə göstərmiş üç magistrant mükafatlandırılacaq. Qaliblərin hər birinə müvafiq diplomla yanaşı, I yerə görə 1500 manat, II yerə görə 1000 manat, III yerə görə 500 manat mükafat veriləcək.

Müsabiqədə iştirak etmək üçün magistrantlar ərizə formasını müəyyən olunmuş qaydada doldurub (ərizələr müvafiq institutun təhsil şöbəsinin rəhbəri və elmi katibi tərəfindən təsdiq olunmalıdır) təhsil aldığı institutun direktorunun müşayiət məktubu ilə birlikdə 2018-ci il aprelin 13-dək AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə təqdim etməlidirlər.

İştirakçı ərizələri 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır. Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş saxlanılır. Ərizələr elektron formada (CD və ya DVD)  və kağız üzərində təqdim olunmalıdır.

Ünvan: AZ1143, Bakı ş., H.Cavid pr., 31.

Tel.: (+994 12) 539 20 35, (+994 12) 537 23 97.

Email: [email protected] (elektron məktubda mövzu yerində “Magistr-2018 müsabiqəsi üçün” qeyd olunmalıdır). 

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında