İctimai Elmlər Bölməsi üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə edilib

AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin növbəti ümumi iclası keçirilib.

www.science.az saytının məlumatında deyilir ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin iştirakı ilə keçirilən iclasda bölməyə daxil olan elmi müəssisələrin 2017-2018-ci tədris ili üçün fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulunun nəticələri müzakirə olunub.

İclasda dissertasiya mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Mövzular seçilərkən müasir elmin qarşısında duran əsas tələb və vəzifələri nəzərə almaq, mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb edən mövzulara üstünlük vermək və digər bu kimi məsələləri diqqətdə saxlamağın vacibliyi vurğulanıb.

Bölmə müzakirələrdən sonra qəbulun nəticələrini təsdiq edərək mövzuların Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında