Şərqin ilk demokratik respublikası-- AXC

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar  Azərbaycan Turizm və Menecment Universitetində “Biznes idarəçiliyi” fakültəsinin tələbələri üçün Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi-Memarlıq Qoruq-muzeyinin əməkdaşları tərəfindən “Cümhuriyyətin Azərbaycan uğrunda mübarizəsi” mövzusunda mühazirə saatı təşkil olunub.

Tədbirdə Qoruq İdarəsi, Elmi Mədəni Mərkəzinin baş elmi işçisi  Qənirə Pirquliyeva və  Qoruq muzeyinin  direktor müavini Təranə Balayeva 1918-ci il mayın 28-də müsəlman Şərqində qurulan ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoymasından söz açıblar.

Bildiriblər ki, AXC hökuməti həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparmalı olub. Bu məqsədlə müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradılıb. 1919-cu ilin sentyabrında AXC-nin Dövlət Bankı fəaliyyətə başlayıb.

1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan dili dövlət dili elan edilib. Nazirlər Şurasının qərarı ilə 30 iyun 1918-ci ildə üç şöbədən (ümumi orta təhsil, ali və orta-ixtisas təhsili, peşə məktəbləri) ibarət struktur təsdiq edilib. Həmin dövrdə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və digər mədəni-inzibati mərkəzlərdə təkcə azərbaycan--türk dilində deyil, rus, gürcü, polyak, fars, alman və qeyri dillərdə çap olunan qəzet və jurnallarda  təhsil, elm, maarif və mədəniyyətin inkişafına, milli ruhlu yeni nəslin yetişdirilməsinə, eyni zamanda, ölkədə baş verən ictimai-iqtisadi, siyasi hadisələrə dair məqalələr dərc olunub.

Qənirə Pirquliyeva məruzəsinin sonunda qeyd edib ki, Azərbaycan  Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı Müstəqil Azərbaycanın AXC-nin varisi olduğunu təsdiq edir.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında