ADNSU-nun Əsaslı kitabxanasında Xocalı faciəsinə həsr olunan sərgi

http://www.asoiu.edu.az/az  saytından aldığımız məlumata görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı kitabxanasında Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunan sərgi təşkil edilib.

Azərbaycan torpaqlarında ermənilər tərəfindən törədilən soyqırımı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən vətən övladlarının keçdiyi şərəfli həyat yolunu əks etdirən kitablar və dövri mətbuatda verilən yazılar sərgidə öz əksini tapıb. Həmçinin "Xocalı soyqırımı: Milyon imza-bir tələb" adlı 16 cilddən ibarət kitabın bir neçə hissəsi də yer alıb.

16 cilddən ibarət olan bu imzalar toplusu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına  Yardım Assosiasiyasının erməni işğalçılarının törətdikləri  Xocalı soyqırımının tanınması çağırışı ilə keçirdiyi kampaniyanın nəticəsində hazırlanıb. "Xocalı soyqırımı: Milyon imza-bir tələb" adlı imzalar toplusu dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının arxivlərində və kitabxanalarında saxlanılır.

Təqdim etdi:

İ.Əmənullayev

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında