Almaniyalı alim Bakıda

www.science.gov.az saytından aldığımız məlumata görə tanınmış alman arxeoloqu professor Harald Hauptmann AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi ekspozisiya şöbəsində olmuşdur. Professor Harald Hauptmann və xanımı Salva Hauptmann AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İçəri şəhərdə yerləşən Elmi ekspozisiya şöbəsinə baxıblar. Onlar institutun Elmi ekspozisiya şöbəsinin nəzdindəki Arxeologiya muzeyində sərgilənmiş maddi mədəniyyət nümunələri ilə tanış olublar.

Professor H.Hauptmann azərbaycanlı həmkarları ilə neolit və xalkolit dövrü Anadolu, Yaxın Şərq və Cənubi Qafqaz mədəniyyətlərinin əlaqələri, inkişaf xüsusiyyətləri və digər mövzulara dair müzakirələr aparıb.

Məlumat üçün bildirək ki, professor H.Hauptmann 1968-cı ildən başlayaraq uzun müddət Türkiyədə Almaniya Arxeologiya İnstitutunun İstanbuldakı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, Şanlı Urfadakı erkən neolit dövrünə aid (e.ə. IX minillik) Nevalı Çori, Elazığ bölgəsindəki eneolit-tunc-erkən dəmir dövrü Norşuntəpə Höyüğü məskənini aşkar etmiş ekspedisiyalara rəhbərlik etmişdir. Alimin Anadolu, Yaxın Şərq, Pakistan, Balkan və Yunanıstanın qədim arxeologiyası üzrə monoqrafiyaları müasir arxeologiyanın əsaslarını təşkil etməkdədir. Prof. H.Hauptmann Heydelberq Universitetinin (Almaniya) professoru, Heydelberq Akademiyasının, Serbiya Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvüdür.

Təqdim etdi:

İ.Əmənullayev

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında