BANM və “ASAN xidmət”in birgə layihəsi olan 1-ci karyera sərgisi sabah keçiriləcək

 Bakı Ali Neft Məktəbi (BANM) və “ASAN xidmət”in ilk dəfə birgə layihələri – karyera sərgisi sabah işə başlayacaq. Sərginin keçirilməsində əsas məqsəd ölkənin aparıcı şirkətləri ilə öz karyeralarını qurmaq istəyən potensial gənc kadrları  görüşdürmək və hər iki tərəfi yararlandırmaqdır.

Sərgidə 50-dən çox şirkət artıq öz iştirakını təsdiq edib. Bu şirkətlərə SOCAR, Paşa Siğorta, Gilan Holdinq, EY, KPMG, Delloitte, PwC Azerbaijan, Azercell, BP Exploration Caspian Sea Azerbaijan, Atəşgah Siğorta,  Azər Türk Bank, Fireworks HR Agency, Coca-cola Bottlers Ltd, Azərsun Holding, Holday İnn Hotel Baku, Kapital Bank ASC, JW Marriott Absheron Baku, Rabitabank ASC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Silk Way Bank, European Tobacco Baku ASC, SOCAR Polymer, Kapital Bank ASC, NOVA Digital Solutions, NOVCO Group və başqaları daxildir.

Sərgidə iştirak edən gənclər həmin şirkətlərin insan resursları üzrə mütəxəssislərilə görüşmək, CV-lərini təqdim etmək şansı əldə edəcəklər. Burada işəgötürənlər və namizədlər üçün üzbəüz   görüşlərin təşkil olunması və məlumat mübadiləsi məqsədilə əlaqələrin qrurulması üçün əlverişli şərait yaradılacaq.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında