“Tədris və akademik kommunikasiyanın təminatında elmi nəşrlər və kitabxanaların rolu: beynəlxalq standartlar və UNEC təcrübəsi” mövzusunda dəyirmi masa

Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Milli Kitabxanası birgə “Elmi-tədqiqat ili” çərçivəsində “Tədris və akademik kommunikasiyanın təminatında elmi nəşrlər və kitabxanaların rolu: beynəlxalq standartlar və UNEC təcrübəsi” mövzusunda dəyirmi masa keçirilmişdir. UNEC-in elm şöbəsi, biznes və menecment fakültəsinin və Milli Kitabxananın birgə təşkilatçılığı ilə təşkil edilmiş dəyirmi masada UNEC-in professor-müəllim heyəti, fəal tələbələri, əcnəbi tələbələri, Milli Kitabxananın əməkdaşları, nəşriyyat, redaksiya və kitab­xa­na əməkdaşları, kitabxana müdirləri, jurnal redaktorları, oxucu kütləsi iştirak etmişdir.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru,  professor Kərim Tahirov açaraq qonaqları salamlamış, həm Azərbaycan Dövlət İqtisad Universiteti, həm də Milli Kitabxana üçün bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən, kitabxanaların elm, təhsil, informasiya mərkəzi kimi cəmiyyətin inkişafındakı rolundan danışmışdır.  

Azərbaycan Dövlət İqtisad Universitetinin elm şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Zahid  Məmmədov kitabxanaları uğurumuzun təminatçısı, intellektual xəzinəmiz, kitabxanaçıları isə elmin lokomotivi adlandırmış, əsas elm məbədimiz olan Milli Kitabxanada bu tədbirin keçirilməsinin təqdirəlayiq olduğunu qeyd etmişdir. O, vurğulamışdır ki, universitetləri kitabxanasız təsəvvür etmək qeyri mümkündür və bilik iqtisadiyyatı şəraitində biliyin təminatçısı olan kitabxanaların fəaliyyətinə dəstək olmaq lazımdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin biznes və menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov ilk olaraq Milli Kitabxana  rəhbərliyinə  yaradılmış şəraitə görə təşəkkürünü bildirmiş, kitabxanaçı peşəsini ən şərəfli peşə adlandırmış və gənclərin maarifləndirilməsi istiqamətində daimi əməkdaşlığa dəvət etmişdir. O, həmçinin universitetdə elmi fəaliyyətin genişləndirilməsi məqsədilə həyata keçirilmiş yeni layihələrdən danışmışdır.

Universitetin nəşriyyat redaktoru, psixoloq Rəhilə Cəbrayılova  çıxış edərək  oxucular üçün  yaradılmış gözəl şəraitə və mədəni münasibətə, xidmət mədəniyyətinə, fondun tamlığının təminatına ciddi çalışdıqlarına görə Milli Kitabxananın rəhbərliyinə və əməkdaşlarına təşəkkür etmişdir.

Sonda tədbir iştirakçıları universitetin əməkdaşlarının elmi nəşrlərindən ibarət müxtəlif dillərdə olan ədəbiyyatları, habelə Milli Kitabxananın nəşrlərini əks etdirən geniş kitab sərgisi ilə tanış olmuşlar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında