Azərbaycan Universitetində “Sağlam bir dünya üçün yaşıl enerji” müsabiqəsi keçirilib

Azərbaycan Universitetinin dəstəyi ilə həyata keçirilən “Sağlam bir dünya üçün yaşıl enerji” mövzusunda müsabiqə enerji səmərəliliyinin artırılması, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrinin səfərbər edilməsinin təbliğinə yönəlmiş yeni  bir addım oldu. Gənc tədqiqatçılar üçün innovativ ideya platforması olan müsabiqə tələbə, magistrant, doktorant və dissertantların  intellektual potensialının üzə çıxarılmasına xidmət edir.

Univesitetin elmi işlər üzrə prorektoru, müsabiqə komissiyasının sədri Yüsif Qasımov müxbirimizə bildirmişdir ki, mövcud enerji mənbələrindən səmərəli istifadə edilməsi,  alternativ və bərpa olunan enerji mənbələrinin səfərbər edilməsi milli və qlobal səviyyədə iqtisadi-ekoloji əhəmiyyətli məsələ kimi aktuallığını saxlayır.  Enerjidən istifadənin idarə olunması planetimizə böyük təhlükə yaradan iqlim dəyişkənliyinin qarşısının alınmasında önəmli məsələlərdəndir.

Azərbaycan Universitetinin keçirdiyi bu müsabiqə də ölkənin bütün ali məktəblərinin tələbə, magistrant və doktorantlarına Azərbaycan şəraitində həyata keçirilə biləcək ideya və təkliflərini təqdim etməyə şərait yaradıb. 5 istiqamət və 2 mərhələdə təşkil olunan müsabiqənin birinci turuna 19 universitetdən 30 iş daxil olmuşdu. Təqdim olunmuş işləri müvafiq komissiya üzvləri araşdırmış və onlardan 14-nü ikinci tura buraxmışdı. Finalçılar arasında Texniki, ADA, Xəzər, Neft və Sənaye, Bakı Dövlət, Fransa--Azərbaycan, Avrasiya, İqtisad, Pedaqoji, Azərbaycan universitetlərinin və Ali Neft Məktəbinin tələbə, magistrant və doktorantları var.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, AMEA-nın elmi tədqiqat-institutlarının və ölkənin qabaqcıl ali məktəblərinin mütəxəssis və alimlərindən ibarət komissiya işlərin aktuallığı, yeniliyi, orijinallığı, innovativliyi, nəzəri və tətbiqi əhəmiyyəti kimi kriteriyalar ilə yanaşı, təqdimatın hazırlanmasını, interaktiv materiallardan istifadə edilməsini və auditoriyaya çatdırlmasını da qiymətləndirib. Yekun seçim qərarı Novruz bayramı ərəfəsində açıqlanaçaq və qaliblərin mükafatlandırılması mərasimi Azərbaycan Universitetində keçiriləcək. Qaliblərə  I, II və III dərəcəli diplomlar, hədiyyələr və pul mükafatı təqdim ediləcək. I yerin qalibinə 800, II yerin sahibinə 600, III yeri tutana isə 400 manat pul mükafatları veriləcək.

 

R.TAHİR,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında