“Təməl cərrahi bacarıqlar”

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rezidentlərin cərrahi bacarıqlarının artırılması məqsədi ilə keçirilən “Təməl cərrahi bacarıqlar” adlı kurslar  başa çatıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kursun ilkin mərhələsində cərrahın alətlərlə işləmə qaydaları tədris olunub. Rezidentlərə düyünlərin bağlanması, tikişlərin qoyulması, cərrahi alətlər barədə məlumat verilib. İkinci hissədə bacarıqların artırılması vərdişləri yaş toxumalar üzərində həyata keçirilib: “Toxuma əsasən xüsusi ət parçalarından hazırlanıb, atiroma maketi yaradlılıb. Rezidentlərə dəridə kəsiklərin aparılması, dəri tikişlərinin qoyulması, dərialtı aksislərin açılması və drenajı əməliyatı, bağırsaqlar üzərində anostomozun qoyulması və digər biliklər öyrədilib”.

Rezidentlər bu vərdişlərə yiyələnəndən sonra onların cərrahi əməliyatlarda iştirakı təmin olunacaq.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında