Lənkəran Dövlət Humanitar Kollecində maarifləndirici görüş keçirilib

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı ilə əlaqədar Lənkəran Dövlət Humanitar Kollecində maraqlı tədbir təşkil olunub.

Maarifləndirici görüş formatında keçirilən və “Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəniyyət siyasəti” mövzusunu əhatə edən tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və  Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə baş tutub.

Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbələri ilə görüşü kollecin direktoru, dosent Ruslan Həmidov açaraq Prezident İlham Əliyevin 2018-ci ili “Cümhuriyyət ili” elan etməsini, bununla bağlı kollecdə xüsusi tədbirlər planının təsdiq edildiyini söyləyib və belə  maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayıb. Sonra Bilik Fondunun mühazirəçilər qrupunun üzvü, Manera.az saytının baş redaktoru Şəhla İbişovanın geniş məruzəsi dinlənilib. O çıxışında vurğulayıb ki, hər xalqın öz adət-ənənəsi, öz milli-mənəvi və dini dəyərləri var. Bizim xalqımız da  yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıb və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir. Çıxışının sonunda Ş.İbişova tələbələri maraqlandıran sualları cavablandırıb. 

Cəmil QULİYEV,
LDHK–nın müəllimi,
tarix üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında