BANM və MGİMO arasında anlaşma memorandumu imzalanıb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGİMO) nümayəndə heyəti ilə görüşüb. MGİMO-nun ümumi işlər üzrə prorektoru Malgin Artemin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycan Respublikasının Rusiya Federasiyasında ticarət üzrə nümayəndəsi Ruslan Əliyev, biznes idarəçiliyi üzrə magistr proqramının rəhbəri Belova Mariya və bu proqramın tələbə və məzunları olan Rusiyanın aparıcı şirkətlərinin rəhbər nümayəndələri daxildirlər. Şirkətlərə   PromResurs MMC, “Gazpromneft”  ASC, VYGON Consulting, “Varyeganeft” ASC, “Gazpromneft” v s. kimi neft-qaz sektorunun öndə gedən özəl qurumları daxildir.

Görüşdə rektor Elmar Qasımov qonaqları rəhbərlik etdiyi ali məktəbin kampusunda görməkdən məmnun olduğunu bildirərək, MGİMO-nun fəaliyyətini yüksək qiymətləndirib. Daha sonra rektor MGİMO-nun və şirkətlərin nümayəndələrinə BANM-ın tarixi, fəaliyyəti, uğurları haqqında məlumat verib.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında