ATU-da Xocalı soyqırımının 26-cı ildönümü anıldı

Azərbaycan Tibb Universitetində (ATU) Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbirdə öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldı.

ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev Xocalıda baş verən hadisəni insanlığa qarşı törədilmiş ən qəddar və dəhşətli faciə adlandırdı. O bildirdi ki,  Xocalıda törədilən soyqırımı dünyada analoqu olmayan terror aktıdır. Bu, bəşəriyyətə, insanlığa qarşı törədilən bir qətliamdır: “Çünki ana övladının, uşaqlar valideynlərinin, qardaş bacının, nəvələr baba-nənənin gözü qarşısında qətlə yetirilib. Dünyada belə bir dəhşətli hadisə heç bir xalqda, heç bir dövrdə baş verməyib”.

ATU-nun insan anatomiyası kafedrasının professoru Mübariz Allahverdiyev Xocalı soyqırımının qaranlıq məqamlarının araşdırılması üçün hələ çox işlərin görülməsinin vacibliyindən danışdı.

Mikrobiologiya və immunologiya kafedrasının dosenti Səidə Zeynalovanın sözlərinə görə, hələ sovetlər dövründə Dağlıq Qarabağın bir çox bölgəsində 11 illik orta məktəb yox idi. 7 illik məktəbi bitirdikdən sonra şagirdlər təhsillərini Xankəndi şəhərindəki 4 nömrəli məktəbdə davam etdirirdilər: “Belə bir dövrdə mənim atamı Xocalıya məktəb direktoru təyin etdilər. O, çox böyük çətinliklə Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyindən azərbaycanlıların yaşadığı ən böyük yaşayış məskəni olan Xocalıda tam orta məktəb açmağa icazə aldı, orada məktəb binası tikdirdi.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında