“Azercell” Qubada təlimlər təşkil edib

“Azercell Telekom” MMC ölkəmizdə təhsilin və tələbələrin inkişafına dəstəyini davam etdirir. Şirkət əməkdaşları II dəfə təşkil olunan SABAH Karyera Qış Məktəbi layihəsində Qubada tələbələrə təlimlər keçiblər. Qeyd edək ki, tədbirdən əvvəl təlimçilər Təhsil Nazirliyində nazir müavininin qəbulunda olublar. 100-ə yaxın tələbənin iştirak etdiyi Qış Məktəbində “Azercell” şirkətinin peşəkar təmsilçiləri Vahida Orucova, Sevinc Teymurova və Ceyhun Suleymanov karyera planlaması, CV və rezume yazılışı, müsahibəyə hazırlıq, təqdimat bacarıqları mövzsunda bilik və təcrübələrini tələbələrlə bölüşüblər. İki gün davam edən təlimin sonunda iştirakçılara sertifikatlar verilib. Təlimlərin keçirilməsində məqsəd sonuncu kursda təhsil alan qış məktəbi tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır.

Qeyd edək ki, “Azercell”-in SABAH qrupları ilə geniş əməkdaşlığı var. Ötən il ilk dəfə təşkil olunan SABAH Karyera Qış Məktəbi layihəsində də “Azercell” təmsilçiləri iştirak ediblər. Bundan əlavə “Azercell”in Tələbə Təqaüd proqramı çərçivəsində Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50 faizi SABAH qruplarına ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. 2017-ci ildə SABAH qrupları tələbələri üçün “Azercell Plaza”da tanışlıq səfəri təşkil edilib, onlar üçün “GSM texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz brendini yarat”mövzularında qısa sessiyalar keçirilib.

 

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında