Tələbə Gənclər Fondunun qrant layihəsinin qalibidir

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olub. Ali məktəbin “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Vüsal Quluyev özünün “İstixana Effekti: Artan Entropiya”  adlı layihəsini BANM-ın təşkilatı dəstəyi ilə uğurla həyata keçirib. 

Layihə beş təlim və iştirakçıların hazırlıq səviyyəsini yoxlamaq üçün bir “Poster” müsabiqəsindən ibarət olub. Təlimlər BANM-ın konfrans zalında keçirilib. Layihədə ölkənin müxtəlif universitetlərindən fərqli ixtisaslar üzrə təhsil alan 100-dən çox tələbə iştirak edib. Eyni zamanda, təlimlərə ölkənin aparıcı universitetlərinin tələbələri ilə yanaşı,  SOCAR-ın əməkdaşları da qatılıb.

Təlimlərin açılış mərasimində müəllif Vusal Quluyev layihə haqqında geniş məlumat verib.  Daha sonra Bakı Ali Neft Məktəbinin rəhbərliyi adından ümumi işlər üzrə prorektor Rəşad Həsənov çıxış edərək iştirakçılara  öz ürək sözlərini çatdırıb. Ali məktəbin “Neft-qaz mühəndisliyi” kafedrasının professoru, texniki elmlər doktoru Fuad Vəliyev, həmçinin “Provitaz MMC” alternativ enerji şirkətinin baş mühəndisi Emin Məmmədov bu sahədə öz biliklərini iştirakçılarla bölüşüb.

Təlimlərdə uğurla iştirak edən bütün iştirakçılar sonda sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılıb. 

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında