Naxçıvanda Ana dili konfransı

Naxçıvan Dövlət Universitetində 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi konfrans keçirilib. Məclisi giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ana dilinin hər bir xalqın həyatındakı rolundan bəhs edib.

Qeyd edilib ki, ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin Ana dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Konfransda “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” filologiya üzrə fəlsəfə doktoru, dosent Qənirə Əsgərovanın, “Azərbaycan bədii dilinin inkişafı” haqqında filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənovanın, “Öz dilimdir, şirin dil” mövzusunda filologiya üzrə fəlsəfə doktoru Arzu Abbasovanın məruzələri dinlənilib. Sonra mövzu ətrafında diskussiyalar aparılıb. Sonda tələbələr ana dilinə həsr olunmuş şeirlər söyləyiblər.

Xatırladaq ki, Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu ildə keçirilən Baş Konfransının 30-cu sessiyasında təsis edilib və 2000-ci il fevralın 21-dən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədilə qeyd edilir.

 

Hazırladı:
T.AYDINOĞLU,
"Xalq qəzeti"

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında