Yeni Zelandiyalı mütəxəssis Aqrar universitetdə işə başladı

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində Yeni Zelandiyalı mütəxəssis, doktor Brain Milestone 3 ay müddətində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) çalışacaq.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşən Brain Mileston ADAU-da çalışmağa başlamasından məmnunluq hissi keçirdiyini bildirib. Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tələbələrinin praktiki bilik və bacarıqlarının artırılması sahəsində fəaliyyət göstərəcək mütəxəssis universitetdə yaradılmış şəraiti çox yüksək qiymətləndirib.

Rektor İbrahim Cəfərov bütövlükdə aqrar təhsilə dövlət dəstəyi, universitetin maddi-texniki bazasının tamamilə yenidən qurulması işlərinin yüksək səmərə verdiyini və mütəxəssisin universitetdə fəaliyyətindən tələbələrin daha çox faydalanacağına əmin olduğunu bildirib. Təhsil ocağının rəhbəri deyib ki, ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində aqrar universitetdə hər cür şərait yaradılıb. Siz özünüz dərs prosesində də bunun şahidi olacaqsınız.

                  

Hamlet QASIMOV,
"
Xalq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında