BANM-də “İnformasiya təhlükəsizliyi” üzrə kadrlar hazırlanacaq

Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə mütəxəssis hazırlanacaq. 

Ali Məktəbdən verilən məlumata görə, artıq bununla bağlı müəyyən təşkilati-inzibati işlərin icrasına başlanılıb. Hazırda bakalavr pilləsində “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə yüksək potensiallı kadr hazırlığını həyata keçirən ali məktəbdə “İnformasiya təhlükəsizliyi” ixtisasının tədrisi ölkədə bu sahənin mütəxəssislərinə ehtiyacı ödəmək üçündür.

Xatırladaq ki, tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən BANM-da bütün ixtisaslar üzrə kadr hazırlığı ingilis dilində aparılır, dərsləri yüksək ixtisaslı yerli və əcnəbi professor-müəllim heyəti həyata keçirir.

hazırladı:T.AYDINOĞLU

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında