MEK-də 14 fevral “Beynəlxalq kitab bağışlama günü” münasibətilə aksiya keçirilib

AME​A Mərkəzi Elmi Kitabxanasında (MEK) 14 fevral “Beynəlxalq kitab bağışlama günü” münasibətilə aksiya keçirilib. Aksiya çərçivəsində MEK əməkdaşlarının uşaqlarına 200, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə 200, Bakı şəhəri 1 N-li internat məktəbinə 201, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə 204 sayda kitablar bağışlanıb. Aksiya iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli sərəncamı ilə nəşr edilən nəfis tərtibatlı ədəbiyyat nümunələri bağışlanıb. MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova bağışlanan hər bir kitaba kitabxana adından imza atıb.  Aksiyanın təşkilində məqsəd gənc nəsilə kitab oxumaq vərdişini aşılamaq, kiçik yaşlı oxucuların kitaba olan marağını təmin etmək, bir sözlə onlarda ədəbiyyata maraq oyatmaq, vətənpərvərlik, cəsurluq, ləyaqət və bu kimi ülvi hissləri təbliğ etməkdir.

Məlumat üçün bildirək ki, “Beynəlxalq kitab bağışlama günü” 2011-ci ildə Amerikanın Minessota əyalətində yaşayan 6 yaşındakı Jack Broadmoore tərəfindən bir ideya olaraq irəli sürülüb. O, dostlarını və ailə üzvlərini bir-biriləri ilə kitab dəyişdirməyə məcbur edib. 2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyayaya qədər çox fərqli ölkələrdən blogerlər birlikdə hərəkət edərək insanları, o günü "Uşaqlara kitab bağışlama günü" olaraq qeyd etməyə çağırıb. Həmin gündən dünyanın bir çox ölkəsində 14 fevral "Beynəlxalq kitab bağışlama günü" olaraq qeyd olunur. 

İ.ƏMƏNULLAYEV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında