Türkiyə səfiri Gəncə Dövlət Universitetində olub

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Nizami yurduna səfəri çərçivəsində Gəncə Dövlət Universitetində görüş keçirib. Universitetin rektoru, professor Yusif Yusibov səfirə Gəncə Dövlət Universitetinin keçdiyi şərəfli inkişaf yolu, tədris mühiti, xarici əlaqələri və hazırda həyata keçirilən yerli və beynəlxalq layihələr haqqında məlumat verib.

Bildirilib ki, bu gün Azərbaycanın bir sıra ali təhsil müəssisələri kimi Gəncə Dövlət Universiteti də özünün müasir inkişaf dövrünü yaşayır. Son illərdə Gəncə Dövlət Universitetinin infrastrukturu yenilənib, maddi-texniki bazası təkmilləşdirilib. Universitetdə yeni fənn kabinetləri, auditoriyalar və laboratoriyalar istifadəyə verilib, müasir kitabxana sistemi qurulub.

Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, rektor Yusif Yusibov vurğulayıb ki, infrastruktur və maddi-texniki bazanın yenilənməsi bu ali məktəbin tədris mühitinə və burada aparılan elmi-tədqiqat işlərinin keyfiyyətinə müsbət təsir göstərib. Digər tərəfdən universitetin beynəlxalq əməkdaşlıq imkanları artıb, dünyanın qabaqcıl universitetləri və elm-təhsil mərkəzləri ilə əlaqələr qurulub.

Professor Yusif Yusibov qonağın diqqətinə çatdırıb ki, respublikamızın qərb bölgəsində pedaqoji kadrların hazırlanmasında böyük ənənəsi olan Gəncə Dövlət Universiteti ilə Türkiyə Respublikasının bir çox universitetləri arasında qarşılıqlı faydalı əməkdaşlıq qurulub. Məhz Türkiyə Respublikasının Mövlanə Mübadilə Proqramı və Avropa İttifaqının “ERASMUS+” beynəlxalq proqramı vasitəsilə GDU-nun bir çox tələbələri akademik mobillik proqramına qoşularaq qardaş ölkənin universitetlərində təhsillərini davam etdiriblər. Həmçinin bir çox müəllim və gənc araşdırmaçılar Türkiyə Respublikasındakı universitetlərə ezam olunublar. Həmin müəllimlər oradakı elm-təhsil və tədris mühiti ilə yaxından tanış olub, elmi-praktik konfrans və simpoziumlarda iştirak ediblər.

Səfir Erkan Özoral ölkələrimiz arasındakı münasibətlərin ildən – ilə inkişaf etdiyini və bunun digər dövlətlər və xalqlar arasındakı əlaqələrin inkişafı baxımından nümunə olduğunu qeyd edib.

 

Hamlet Qasımov,
«
Xalq qəzeti»nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında