Sumqayıt peşə məktəblərində

İnkişaf etmiş ölkələrdə şagirdlərin 70 faizi peşə təhsilini seçir və xüsusilə texnikiyönümlü ixtisaslar üzrə ixtisaslaşır. Sumqayıtda yuxarı sinif şagirdlərinin bu istiqamətə yönəldilməsi və keyfiyyətli peşə təhsili alması məqsədilə 2012 –ci ildə müasir peşə məktəbi tələblərinə tam cavab verən SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzi ilk tələbələrini qəbul edib. Təcrübə göstərir ki, yaradılan şərait, düzgün təbliğat işi öz bəhrəsini verir. Bu illər ərzində artıq Mərkəzi bitirən 500 yaxın məzun özünə ixtisas və əksəriyyəti yüksək müavinətli iş təmin ediblər.    

Bu məsələdə mövcud vəziyyətlə yaxından tanış olmaq məqsədilə SOCAR “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, millət vəkili Tahir Mirkişili və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev Sumqayıtda fəaliyyət göstərən peşə məktəblərində olublar.

Qonaqlar əvvəlcə SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzində və Sumqayıt Kimya Sənaye Parkında (SKSP) yeni fəaliyyətə başlamış Peşə Tədris Mərkəzinə gəliblər. Sonra onlar  Sumqayıt şəhərində fəaliyyət göstərən 10 nömrəli Sumqayıt Peşə Liseyindəki şəraitlə tanış olublar. Millət vəkilləri burada müxtəlif istiqamətlər üzrə təhsil alan şagird və müəllimlərlə, eləcə də yataqxanada məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında