Azərbaycan Tibb Universitetində seminar keçirilib

      Azərbaycan Tibb Universitetinin Əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrasında müəllimlər üçün seminar keçirilib. Bu tip seminarın kafedrada son illər ərzində ilk dəfə keçirildiyini qeyd edən kafedranın müdiri, dosent Şəhla Balayeva bildirib ki, seminarın əsas məqsədi tədrisin keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin peşə hazırlığı səviyyəsinin artırılmasıdır: “Bununla əlaqədar kafedrada fənlər üzrə keçirilən mövzulara uyğun olaraq belə seminarların təşkili tələbələri gələcək iş həyatına daha yaxşı hazırlamaqda, onlara lazımi bilik və bacarıqları aşılamaqda müəllimlərə bir dəstəkdir. Müəllimlər təqdim edəcəkləri mövzular haqqında məlumat veriblər və həmin mövzular üzərində işləyirlər. Əsas məqsədlərimizdən biri də xüsusi əmək təbabəti üzrə bacarıqları praktik məşğələlər vasitəsilə tələbələrə mənimsətmək, eyni zamanda müasir tədris üsullarını paylaşmaq, təklif və iradları dinləməklə daha da təkmilləşdirməkdən ibarətdir”.

    Elmin daim inkişafda olduğunu, aparılan araşdırmalar nəticəsində yeni qanun layihələrinin, yeni tələblərin hazırlandığını deyən Şəhla xanım gələcəkdə bu qanun layihələrindən həkimlərin işində istifadə ediləcəyini də vurğulayıb.

          İlk seminarda kafedranın dosenti Səyyad Gürzəliyev yenidən işlənmiş “Əmək gigiyenası sahəsi üzrə istifadə olunan əsas qanunverici və normativ sənədlər” mövzusu haqqında geniş məlumat verib. O, hazırda işçilərin sağlamlığının qorunması üçün dövlət tərəfindən qəbul edilmiş müasir qanun və normativ sənədlər, elmi yeniliklər barədə söhbət açaraq tələbələr tərəfindən mövzunun daha yaxşı mənimsənilməsi, qarşıya qoyulan problemin aktuallığının dərk edilməsi üçün vacib olan əsas məqamlara toxunub.

 Məruzəçi kafedranın əməkdaşlarından dosent N.Süleymanzadə, dosent M.Nəbiyeva, dosent  Z.İsmayılova tərəfindən verilən sualları da cavablandırıb.

            Professor R.Əliyeva, epidemiologiya kafedrasının müdiri, professor İ.Ağayev seminar haqqında təkliflərini bildiriblər. Sonda ictimai səhiyyə fakültəsinin dekanı, tibb üzrə fəlsəfə doktoru dosent Anar Ağayev çıxış edərək seminar haqqında təəssüratlarını bölüşüb. Bu səpgidə seminarların müəllimlərin inkişafı, tələbələrə təqdim edilən mövzuların yüksək elmi-praktiki əhəmiyyətinin artırılması baxımından çox əhəmiyyətli olduğunu bildirib və davamlı olmasını arzulayıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında