ATU mütəxəssisləri Naxçıvanda keçirilən tədbirdə çıxış ediblər

Naxçıvan Muxtar Respublikanın Mərkəzi Xəstəxanasında “Səhiyyənin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Azərbaycan Tibb Universitetinin (ATU) mütəxəssisləri iştirak ediblər.

Konfransda ATU-nun psixiatriya kafedrasının, I Uşaq Xəstəlikləri kafedrasının və Uşaq psixi sağlamlıq və inkişaf mərkəzinin mütəxəssisisləri müxtəlif mövzulara həsr olunmuş məruzələrlə çıxışlar ediblər.  “Uşaqlarda inkişaf psixopatologiyaları” , “Peyvəndlər: müasir yanaşma” mövzusunda cıxışlarda bildirilib ki, hesablamalara görə, vaksinasiya hər il 3 milyon uşaq ölümünün, 750 min uşağın əlil olmasının qarşısını alır. Qızılca, məxmərək, vərəm kimi bir çox yoluxucu xəstəliklərin qarşısını almaq üçün uşaqlara peyvəndlərin vurulması vacibdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva çıxış edərək muxtar respublikada səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması istiqamətində görülən tədbirlər haqqında məlumat verib.

Qeyd olunub ki, sosial-iqtisadi islahatların səmərəliliyinin yüksəldilməsi, müalicə-profilaktika işinin təşkili sahəsində görülən işlər tibbi xidmətin yaxşılaşdırılmasına müsbət təsir göstərir. Uşaqların psixi sağlamlığı və inkişafı da daim diqqət mərkəzindədir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, toplantıda, həmçinin “Yenidoğulmuşlarda sarılıqlar”, “Uşaq cərrahiyyəsində aktual problemlərə yanaşma”, “Autizm--nevroloq gözü ilə” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında