Təhsil Nazirliyi gənc müəllimləri mükafatlandırıb

Fevralın 1-də Gənclər Günü ərəfəsində bir qrup gənc müəllimlə görüş keçirilib.

Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, əvvəlcə tədbir iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər. Daha sonra Təhsil Nazirliyinin rəhbər heyəti və müəllimlər Bakı Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının tamaşasını izləyiblər.

Sonra təhsil naziri vəzifələrini icra edən Ceyhun Bayramov gənc müəllimləri 2 fevral - Gənclər Günü münasibəti ilə təbrik edərək onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Natiq ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Ceyhun Bayramov bildirib ki, son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və nüfuzunun artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. O, həmçinin, müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində ötən il 6000-dək müəllimin işə qəbul olunduğunu və onların 3794 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edildiyini deyib. Qeyd edib ki, bu gün ölkəmizin ümumi təhsil müəssisələrində 151 458  müəllim çalışır, onlardan 42 263 nəfəri 35 yaşadək olan gənc müəllimdir. Bu da müəllimlərin ümumi sayının 28 faizi deməkdir.

Daha sonra Ceyhun Bayramov həvəsləndirmə tədbirləri çərçivəsində ucqar bölgələrdəki ümumtəhsil məktəblərinin kadr təminatının əhəmiyyətli şəkildə yaxşılaşdığından, təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədi ilə bu tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsindən və cari ildə hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrdən danışıb.

Ölkəmizin müxtəlif bölgələrində çalışan gənc, müasir, savadlı və peşəsinə bağlı olan müəllimlərlə görüşdən məmnun olduğunu vurğulayan Ceyhun Bayramov şagirdlərin milli dəyərlər əsasında formalaşmasında onların böyük rolunu vurğulayıb. Natiq müəlimlərin xoş sədasının, əldə etdikləri uğurların təhsil sahəsində aparılan islahatların müsbət nəticəsi və islahatlara davam etməyin əlavə stimulu kimi dəyərləndirib.

Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor əvəzi Vəfa Yaqublu çıxış edərək müasir müəllimin üzərinə düşən vəzifələri diqqətə çatdırıb, həmçinin müəllimləri Gənclər Günü münasibəti ilə təbrik edərək onlara uğurlar arzulayıblar.

Tədbirdə gənc müəllimlər  çıxış edərək öz fəaliyyətləri haqqında danışıb, onlara göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər.

Sonda müəllimlərə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” və hədiyyələr təqdim edilib.

                                        

   Samirə Əliyeva,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında