Yeni məktəbdə müəllimlər vahid geyim formasında

 Azərbaycan Prezidenti İlham Əliyevin açılışında iştirak etdiyi  Abşeron  rayonunun Masazır qəsəbəsində yeni inşa olunmuş 5 nömrəli tam orta məktəb dünən fəaliyyətə başlayıb.

Məktəbdə ilk dərs gününün başlaması münasibətilə təşkil edilən tədbirdə Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova məktəbdə şagirdlərin təlim-tərbiyəsi və tədris prosesinin yüksək səviyyədə aparılması üçün lazım olan imkanlardan istifadə edildiyini bildirib. Qeyd edib ki, məktəbdə yaradılan şərait Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısının göstəricisidir.

Məktəbin direktoru Səlim Məmmədov, sahibkar Hacı Məhərrəm Novruzov və  digər çıxış edənlər son on il ərzində Azərbaycanda üç mindən çox məktəbin tikildiyini və ya əsaslı şəkildə təmir edildiyini bildiriblər. Diqqətə çatdırıblar ki, artıq ölkədə formalaşmış yeni təhsil konsepsiyası uğurla həyata keçirilir. Yeni məktəb binalarının tikilməsi, mövcud olanların əsaslı surətdə yenidən qurulması nəhəng təhsil strukturunun formalaşmasına geniş imkanlar açıb. Qeyd etmək lazımdır ki, məktəbin tikintisinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə sahibkar Hacı Məhərrəm Novruzov tərəfindən başlanılıb. Yüksək keyfiyyətlə aparılan inşaat işləri bu ilin oktyabrında başa çatdırılıb. Üçmərtəbəli məktəb binasının ümumi sahəsi 4600 kvadratmetrdən çoxdur.  1200 şagird yerlik yeni məktəbdə 41 sinif otağı var. Ən müasir avadanlıqla təchiz edilən tədris ocağında fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, 163 yerlik akt zalı, həmçinin hər cür şəraiti olan yeməkxana yaradılıb.

Burada şagirdlərdə əməyə, zəhmətə--müəyyən peşələrə sevgi aşılamaq məqsədilə iki emalatxana da fəaliyyət göstərəcək. Emalatxanalarda təlim və tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Məktəbin ərazisində idman qurğuları quraşdırılıb. İdman zalı zəruri avadanlıqla təchiz edilib. Məktəbin istilik təchizatı üçün qazanxana, transformator yarımstansiyası, nasosxana və su hovuzu inşa olunub.

İlk gündən burada tədrisin keyfiyyətinə nəzarətlə birgə nizam-intizam məsələlərinə də xüsusi diqqət yetirilib. Məktəbin direktoru S.Məmmədovun təşəbbüsü ilə müəllimlər digər məktəblərdən fərqli olaraq işə vahid geyim formasında gəliblər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında