AGAT sədri: Əsas məqsədimiz mədəni irsimizi, həqiqətlərimizi çatdıran bloggerlər hazırlamaqdır

İnformasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə  sosial şəbəkələrə, eləcə də bloggerliyə dünyada maraq artmaqdadır. Odur ki, Azərbaycan mədəni irsi, tarixinin sosial mediada tanıtımı, Azərbaycan həqiqətlərinin bloggerlik vasitəsi ilə təqdimatı xüsusi önəm kəsb edir. Bu fikirlər Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və Azərbaycan Respublikası  Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsi çərçivəsində "Blogger-Vblogger: Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihənin ilk təlimində səsləndirildi.

Tədbiri giriş nitqi ilə açan AGAT-ın sədri Lalə Mehdiyeva sözügedən layihəyə 10 gəncin cəlb edildiyini bildirdi və qeyd etdi ki, layihənin əsas məqsədi sosial şəbəkələrdə maddi - mənəvi dəyərlərimizi, tariximizi, ədəbiyyatımızı tanıdan blogger və v-bloggerlərin hazırlanmasına nail olmaqdır. Yüksək ixtisaslı təlimçilərin cəlb olunduğu layihədə gənclər bloqçuluq fəaliyyətinin əhəmiyyəti və faydalılığı barədə maariflənəcəklər.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yaninda QHT-lərə Dəstəyi Şurasının Müşahidə Şurasının üzvü Nərgiz Xələf belə layihələrin cəmiyyətimiz üçün verəcəyi  töhfələrdən danışdı.

Təlimin ilk eksperti  əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət  sözügedən yeni media sahəsinin vacibliyindən söz açaraq,  bloggerlərin cəmiyyətdə baş verən ictimai hadisələrə  daha operativ  reaksiya verə bilmə imkanlarından, bloggerlərin üstünlüklərindən bəhs etdi.

Daha sonra mövzu ilə bağlı fəal fikir mübadiləsi aparıldı.

               Əfsanə Ələsgərli,

                 “ Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında