“Müstəqil Azərbaycanın dövlət dili siyasəti: reallıqlar və perspektivlər”

Yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Binəqədi Rayon İcra Hakimiyyətində ənənəvi “Məlumat saatı”nda növbəti tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Bilik Fondu ilə RİH-in həyata keçirdiyi birgə tədbirlər barəsində danışıb.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev çıxışında təmsil etdiyi qurumun maarifləndirmə istiqamətində həyata keçirdiyi layihələrdən söz açıb.

Bilik Fondunun lektorlar qrupunun üzvü, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Müstəqil Azərbaycanın
dövlət dili siyasəti: reallıqlar və perspektivlər” mövzusunda mühazirə söyləyib. Məruzəçi ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin saflaşdırılmasına xidmət edən sərəncamlarını xatırladaraq, Prezident İlham Əliyevin bu xətti uğurla davam etdirdiyini bildirib. Akademik son dövrlər Azərbaycan dilinin orfoqrafiya və orfoepiya qaydalarında dəyişikliklər aparılması ilə bağlı dilçi alimlərin müzakirələrinə də toxunub. N.Cəfərov bildirib ki, dilin  saflığının qorunması təkcə alimlərin deyil, hər bir azərbaycanlının borcudur.

Sonda məruzəçi Binəqədi RİH-in əməkdaşlarının, bələdiyyələrin və inzibati ərazi dairələrinin nümayəndələrinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəal gənclərinin, məktəblilərin suallarını cavablandırıb. 

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında