Elmi-tədqiqat işlərinin nəticələri beynəlxalq jurnallarda

Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərovanın “İqtisadi artımda turizm nəqliyyatının inkişafının rolu” və menecment kafedrasının müəllimi Aqil Vəliyevin “İqtisadiyyat, mədəniyyət və mədəni diplomatiya arasında əlaqə” adlı məqalələri Rumıniyanın Spiru Haret Universitetinin İqtisadi seriyasına daxil edilib.

Qeyd edək ki, jurnal istinad indeksinə malik olmaqla,  sahə üzrə tanınmış tədqiqatların yayılmasını təmin edir. 

F.Ələsgərovanın  “İqtisadi artımda turizm nəqliyyatının inkişafının rolu” məqaləsində turizmin inkişafında nəqliyyatın rolu, turizm nəqliyyatında beynəlxalq təcrübə və ölkədə nəqliyyat turizminin mövcud vəziyyəti araşdırılaraq təhlil olunub və gələcək inkişafı üçün təkliflər verilib.

 A.Vəliyevin “İqtisadiyyat, mədəniyyət və mədəni diplomatiya arasında əlaqə” məqaləsində isə “iqisadiyyat” və “mədəniyyət” arasında zidiyyətlər araşdırılaraq mədəniyyətin iqtisadi inkişafa necə təsir etdiyi müəyyənləşdirilmiş və ölkəmizin iqtisadi inkişafında mədəniyyətin rolu təhlil edilmişdir.

Hər iki məqalənin xarici ölkədə seriyalarla buraxılan mətbuatda dərc olunması azərbaycanlı mütəxəssislərin fikrinə, biliyinə, elmi-tədqiqat işlərinin dürüstlüyünə və sambalına  inamdan irəli gəlir.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında