Elektron sistemin tətbiq olunacağı təhsil müəssisələrinin sayı artacaq

Təhsilin idarə olunması üzrə innovativ platforma olan "Unibook" 2018-ci ildə Azərbaycanın 20 dövlət tədris müəssisəsində tətbiq olunacaq. Bu barədə "Neuron Technologies" şirkətindən məlumat verilib.

Ötən il bu sistem Bakı Ali Neft Məktəbində, Gəncədə Azərbaycan Texnologiya Universitetində və Mingəçevir Dövlət Universitetində tətbiq olunub.

Qeyd olunur ki, "Unibook" platformasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, Polis Akademiyasında, Dövlət Mədəniyyət və İncəsənət Universityetində və digər strukturların nəzdində fəaliyyət göstərən ali tədris müəssisələrində tətbiq olunması planlaşdırılır. Bu platforma ali tədris müəssisəsinin fəaliyyətini avtomatlaşdırmağa, elektron jurnallar tərtib etməyə, davamiyyət qeydiyyatını aparmağa və s. imkan verir.

Hazırda platforma Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət Gömrük Komitəsində, Qərb Universitetində, Azərbaycan Milli Konservatoriyasında tətbiq edilir. "Unibook",  həmçinin beynəlxalq bazara ixrac olunur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında