Ölkəmizin geniş turizm imkanları vardır

Azərbaycan Turizm İnstitutunun fəaliyyətinin 5 ili qeyd edildi
Azərbaycan Turizm İnstitutunun fəaliyyətə başlamasının 5 ili münasibətilə keçirilən mətbuat konfransını təhsil ocağının rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov açaraq dəvətliləri salamladı. ATİ-nin Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 25 avqust tarixli fərmanı və Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli qərarı ilə yaradıldığını, amma hələ Əbülfəs Qarayevin gənclər və idman naziri olanda bu məsələ ilə bağlı təşəbbüs qaldırdığını konfrans iştirakçılarının diqqətinə çatdırdı. O, çıxış üçün sözü Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə verdi.
Nazir bugünkü görüşün sıradan bir tədbir deyil, ATİ-nin və ölkəmizin həyatında önəmli bir gün olduğunu bildirdi. 5 il əvvəl Azərbaycan Turizm İnstitutunun ölkəmizin ali təhsil ocaqları sırasında yer aldığını, ötən müddətdə turizm təhsilinin formalaşmasında, yüksək ixtisaslı kadr hazırlığında öncül yer tutduğunu nəzərə çatdırdı. ATİ-nin turizm təhsili sahəsindəki fəaliyyətinin ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin əhəmiyyətli rolunu qeyd etdi. Nazir bildirdi ki, "5 il elə bir müddətdir ki, arxaya dönüb gördüyün işləri təhlil etmək və gələcəyə nikbinliklə baxmaq olar. Azərbaycana keçən ilə nisbətən turist axınının 6-7 faiz artması, 1milyon 900 mindən çox turistin gəlməsi bu sahədə uğurları, turizm sahəsində çalışan peşəkar kadrların hazırlanması isə bu institutun cəmiyyətə lazım olduğunu sübut edir. 2011-ci ilin ölkəmizdə "Turizm ili" elan olunması ATİ-nin təhsil və tədqiqat istiqamətindəki fəaliyyətini bir daha inkişaf etdirmək tələbini qarşıya qoyur". O, ölkəmizdə turizm təhsilinin və potensialının inkişafında bu təhsil ocağının hər zaman mühüm rol oynayacağına inandığını xüsusi vurğuladı. Bundan sonra da hər bir təhsil ilinin yüksək nəticələrlə yadda qalacağına əminliyini və turizmin gündəmə gətirilməsinin vacibliyini qeyd etdi. Mədəniyyət və Turizm Nazirliyi elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev institutun bir qrup əməkdaşına nazirliyin fəxri fərman və qiymətli hədiyyələrini təqdim etdi.
ATİ-nin rektoru, professor Cəfər Cəfərov xoş sözlər üçün nazirə təşəkkür etdi, tədbirə ünvanlanmış videoçarxın nümayişi ilə 5 ilə aydınlıq gətirdi, 3 ixtisas, 200 tələbə ilə fəaliyyətə başlayan ATİ-nin hazırda 11 ixtisas üzrə tələbə qəbulunu inkişafın göstəricisi kimi dəyərləndirdi. 2010-cu ildə ATİ-nin ilk buraxılışı olan 74 məzundan 14-nün həm də İMC Krems TEU-nun diplomlarını aldıqlarını, ötən il 29 tələbənin xarici ölkələrdə istehsalat təcrübəsi keçməsini, xarici ölkələrin universitetləri ilə əməkdaşlıq imkanları əldə edilməsini, institutda fəlsəfə və elmlər doktorluğu üzrə proqramların açılmasına qərar verilməsini qeyd etdi.
Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova mətbuat konfransının məramından məmnun qaldığını bildirdi. Təmsil etdiyi qurumun adından ATİ-nin bir qrup əməkdaşını, həmçinin əlaçı tələbələri mükafatlandırdı.
Cəfər Cəfərov 5 il ərzində ali təhsil ocağının hərtərəfli inkişafını ölkə ictimaiyyətinə obyektiv çatdıran jurnalistləri xatirə hədiyyələri və təşəkkürnamələrlə mükafatlandırdı. Jurnalistlərin çoxsaylı sualları cavablandırıldı. Rektor 2011-ci ilin təhsil və turizm sənayesinin inkişafında uğurlu il olacağına əminliyini bildirdi. Tədbirin sonunda konfrans iştirakçıları xatirə şəkli çəkdirdilər.

{nl}


Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında