ADPU-da imtahan sessiyasının monitorinqi keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ictimai şura cari imtahan sessiyasının monitorinqini keçirib. Monitorinqdə şura üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ADPU-nun rektoru, professor Cəfər Cəfərov ictimai şuranın üzvləri və jurnalistlərlə görüşərək bildirib ki, monitorinqin keçirilməsində məqsəd ictimaiyyəti ali məktəbdə payız semestri imtahan sessiyasının keçirilməsi ilə bağlı ətraflı məlumatlandırmaqdır. Təhsil prosesində ictimai iştirakçılığın miqyasının genişləndirilməsinə və keyfiyyətin yüksəldilməsinə xidmət edən belə monitorinqlərin ardıcıl keçirilməsinə ADPU-da da xüsusi diqqət yetirilir.

İmtahanların təşkili və gedişi barədə məlumat verən rektor qeyd edib ki, sessiyanı normal mənəvi-psixoloji şəraitdə, obyektiv başa çatdırmaq üçün bütün hazırlıq işləri görülüb, fakültələrin əməkdaşlarından ibarət işçi qrupu yaradılıb, apelyasiya komissiyası fəaliyyət göstərir. İmtahan qərargahına daxil olan məlumatlar çevik araşdırılır, ortaya çıxan mənfi hallar barədə dərhal rəhbərliyə məlumat verilir. İmtahan sessiyasının gedişi ilə bağlı rəyləri öyrənmək məqsədilə “Arzu və təkliflər qutusu” qoyulub. Valideynlərlə əlaqə yaradılmasına, təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və KİV nümayəndələrinin imtahan prosesini izləmələrinə şərait yaradılıb.

Sonra ictimai şuranın üzvləri və KİV nümayəndələri imtahan prosesini, yazı işlərinin yoxlanılmasını, apelyasiya komissiyasının və qərargahın fəaliyyətini müşahidə ediblər. Tələbələr şəffaf və obyektiv imtahan mühitinin yaradılmasından razı qaldıqlarını bildiriblər.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında