AzMİU-da mediatur

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə mediatur təşkil edilib. Mediaturda universitetin rəhbərliyi, millət vəkilləri, ictimai təşkilatların nümayəndələri, ölkəmizin təhsil ekspertləri və jurnalistlər iştirak ediblər.

Tədbirdən əvvəl AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları qəbul edib, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Mediaturun təşkilinin təhsilin keyfiyyətinin artırılması və neqativ halların aradan qaldırılması ilə bağlı olduğunu deyən rektor bildirib ki, əsas məqsəd imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti məlumatlandırmaqdır. Sonra rektor qonaqlara universitetdə aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında, imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib. Rektor imtahanlara hazırlıq məqsədi ilə universitetdə lazımi şərait yaradıldığını, tələbələr üçün məsləhət saatlarının keçirildiyini deyib.

O, imtahanların şəffaf, normativ sənədlərə uyğun test, yazılı və qabiliyyət tələb edən fənlər üzrə ənənəvi qaydada keçirildiyini qonaqların diqqətinə çatdırıb. Bildirib ki, universitetdə bütün məsələlər “Elektron universitet portalı” vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən dərhal sonra kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır, həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin elektron portalında yerləşdirilir.

Rektor, həmçinin imtahan sessiyasında şəffaflığı təmin etmək, neqativ hallara yol verilməsinin qarşısını almaq məqsədi ilə imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına da şərait yaradıldığını bildirib. Qeyd edib ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə qərargah və apelyasiya komissiyası yaradılıb: “Qiymətləndirmədən narazı qalan tələbələrin apellyasiya komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait təmin edilib. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflığı və operativliyi təmin edir”.

Sonra mediatur iştirakçıları universitetin bir neçə auditoriyasında imtahanların gedişini canlı izləyib, yazılı imtahanların şifrələnmə otağında olublar. Universitetin qəbul komissiyasının rəhbəri Surxay Əliyev yazılı imtahanların nəticələrinin yoxlanılması prosesi haqqında ətraflı məlumat verib.

Qonaqlar daha sonra memarlıq fakültəsində qabiliyyət imtahanlarında tələbələrin hazırladıqları işlərə baxıb və imtahanlarda qiymətləndirmənin aparılması barədə məlumat əldə ediblər.

Monitorinq başa çatdıqdan sonra imtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında