Tələbələrin qış "Liderlik məktəbi" davam edir

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Qubanın "Cənnət bağı" istirahət mərkəzində ali məktəblərin birinci və ikinci kurs tələbələri üçün keçirilən qış "Liderlik məktəbi" davam edir.
Fevralın 12-də gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və "İrəli" İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı tələbələrlə görüşmüşlər.
ATGTİ-nin sədri Şahin İsmayılov layihə çərçivəsində görüləcək işlər, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş tədbir barədə məlumat vermiş, gənclərin iştirak etdiyi təlimlərdən danışmışdır. Nazir Azad Rəhimov "Liderlik məktəbi" layihəsində iştirak etmək hüququ qazanmış tələbələri təbrik etmiş, ATGTİ-nin ölkədəki gənclər təşkilatları arasında önəmli rolu olduğunu vurğulamışdır. O demişdir ki, 39 ali təhsil müəssisəsindən 120 tələbənin iştirak etdiyi bu layihəni Gənclər və İdman Nazirliyi yüksək qiymətləndirir. Tələbələr öz aralarında fikir mübadiləsi aparır, dostlaşır, gələcək planlarını birgə müzakirə edirlər. "Liderlik məktəbi" çərçivəsində gənclərimiz onları maraqlandıran suallara cavab tapacaq, iştirak etdikləri təlimlərdə liderlik qabiliyyəti və komanda ilə çalışmaq vərdişlərini qazanacaqlar. Bu da Azərbaycan gənclərinin inkişafına və uğurlu gələcəyinə zəmin yaradır.
Müasir Azərbaycan gəncinin yetərincə maraqlı ideyaları və fikirləri vardır. ATGTİ-nin təşkil etdiyi uğurlu layihələr və əldə etdiyi nailiyyətlər gənclərimizin yüksək intellektə malik olmasından xəbər verir. Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun fikrincə "Liderlik məktəbi" layihəsi gənclərin formalaşması baxımından əhəmiyyətlidir. İnkişafda olan Azərbaycan gənclərinin belə layihələrdə iştirak etməsi çox vacibdir, onlar liderlik qabiliyyətinə yiyələnərək, ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edə bilərlər. Dolğun təfəkkürə və yüksək intellektə malik gənclərə ölkəmizdə tələbat böyükdür. E.Aslanov demişdir ki, gənclərimizin sosial şəbəkələrdə daha fəal olması informasiya müharibəsində və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Hazırda 360 min gənc sosial şəbəkələrdə bu istiqamətdə uğurlu işlər görür. Əminəm ki, qış "Liderlik məktəbi" çərçivəsində komanda ilə işləmək qabiliyyətinə yiyələnəcək gənclər sosial şəbəkələrdəki fəaliyyətlərini daha da artıracaqlar.
Görüşün sonunda tələbələri maraqlandıran suallara cavab verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında