İlin ən yaxşı tələbə və müəllimləri mükafatlandırıldı

Azərbaycan Tibb Universitetində Dünya Azərbaycanlılarının  Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş təntənəli tədbir keçirildi.

Bayram toplantısında ATU-nun rektoru, professor Gəray Gəraybəyli təbrik nitqi ilə çıxış edərək, Dünya Azərbaycanlılarının  Həmrəyliyi Gününün yaranması tarixindən söz açdı: “Milli dirçəlişə, milli əlaqələrin möhkəmləndirilməsinə tələbatın artması səbəbindən 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının  Həmrəyliyi günü elan edildi. Beləliklə, Azərbaycan xalqı üçün hər il 31 dekabr tarixi qoşa bayram sevinci ilə yadda qalır. Bu bayramlar ərəfəsində mən sizləri, ailə üzvlərinizi təbrik edirəm, hər birinizə xoş günlər, mehribançılıq, işlərinizdə müvəffəqiyyətlər diləyirəm. Gələcək ildə xalqımıza, ölkəmizə daha böyük tərəqqi, inkişaf, diləyirəm. Arzu edirəm ki, gələcək həmrəylik günümüzü hazırda işğal altında olan torpaqlarımızda keçirək”.

Sonra rektorun təşəbbüsü ilə təsis olunmuş mükafatların təqdimat mərasimi keçirildi. Bu nominasiyalardan birində universitetdə uzun illər ərzində səmərəli və qüsursuz fəaliyyət göstərmiş keçmiş kafedra müdirləri təltif olundular. ATU rektorunun 21 dekabr 2017-ci il tarixli əmri ilə universitetin ictimai həyatında uzunmüddətli aparıcı rollarını, elmi-pedaqoji fəaliyyətlərini və gənc elmi kadrların hazırlanmasındakı rollarını nəzərə alaraq, professorlar Amaliya Əyyubova, Nəsib Quliyev, Bahadur Baxşiyev, Çingiz Quliyev, Əzizağa Talışinskiy, Zülfüqar Fərəcov və dosent Bahadur Hüseynova fəxri fərman və bir aylıq əmək haqqı məbləğində pul mükafatı təqdim olundu.

Bayram ərəfəsində digər müəllimlər də hədiyyəsiz qalmayıb. Çünki ən şərəfli peşə sahibi olan müəllimlərimiz bu peşənin adını daim qoruyub saxlayıblar. Universitetdə isə müəllimlərin pedaqoji fəaliyyətinə ən doğru və düzgün qiyməti onların tələbələri verə bilər. Buna görə də 2017-ci ilin payız semesterində III, IV, V, VI kursların qrup nümayəndələri – 128 tələbə arasında “Ən yaxşı müəllim”nominasiyası üzrə sorğu keçiriblər. Sorğunun nəticələrinə görə, ən yüksək səsi farmakalogiya kafedrasının müəllimi, dosent Kamandar Yaqubov toplayıb.  K.Yaqubovun pedaqoji fəaliyyəti, tələbələrə qarşı ədalətli, qayğıkeş olması və ən əsası, tələbələr tərəfindən fəaliyyətin yüksək qiymətləndirilməsi nəzərə alınaraq, ona fəxri fərman və bir aylıq əmək haqqı məbləğində pul mükafatı təqdim olunub.

Universitetin əsas sütunlarından biri olan tələbələr də müxtəlif nominasiyalar üzrə təltif olunublar. “İlin ən yaxşı elmlə məşğul olan tələbəsi”, “İlin ən yaxşı dərsə davamiyyəti olan və dərslərini yaxşı oxuyan tələbəsi”, “İlin ən aktiv tələbəsi” müsabiqələri üzrə qaliblərin adları müəyyənləşib. Fakültə dekanlarının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Elmi Cəmiyyətinin təqdimatları əsasında elmi fəaliyyətlə məşğul olan, universitetin ictimai həyatında fəal iştirak edən və nizam-intizamı yüksək olan tələbələrin adları dəqiqləşdirilib. Beləliklə, tələbələr Ülvi Ələşrəfov, Nərgiz Əliyeva, Elcan Məmmədli, Şəmsi Axundov mükafata layiq görülüblər.

Tədbirdə “İstedad sorağında” mövzusunda rəsm sərgisinin  qaliblərinin adları da açıqlanıb: Elsevər Ağazadə, Hikmət İslamlı və Nigar İbrahimli. Noyabrın 27-də keçirilən rəsm sərgisində 14 tələbənin rəsm əsərləri və bir tələbənin əl işləri nümayiş etdirilib.

Tədbirin bədii hissəsi “Şəfa” xalq çalğı alətləri ansamblı, “Çinar” rəqs ansamblının çıxışı, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin III kurs tələbəsinin ifası ilə davam edib. ATU tələbələrinin təqdim etdiyi “D” birpərdəli tamaşa da iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında