Azərbaycan Diplomatik Akademiyası növbəti Bakı Yay Enerji Məktəbini təşkil edəcək

Cari il iyulun 2-dən 16-dək Azərbaycan Diplomatik Akademiyası (ADA) Dövlət Neft Şirkəti ilə birgə V Bakı Yay Enerji Məktəbini təşkil edəcəkdir.
ADA-nın mətbuat xidmətindən bildirmişlər ki, tədbirə ekologiya və təbii sərvətlər, sənaye və energetika nazirliklərinin, Dövlət Neft Fondunun, habelə Azərbaycanda fəaliyyət göstərən xarici neft-qaz şirkətlərin nümayəndələri də qatılacaqlar. Yay məktəbində Xəzər regionu ölkələrinin, ABŞ-ın Rice və Texas A&M universitetlərinin tanınmış professorları mühazirə oxuyacaqlar. Nabukko layihəsinin təmsilçiləri, Avropanın aparıcı ali təhsil ocaqlarının mütəxəssisləri isə neft və qaz sənayesinin praktik məsələləri barədə təcrübələrini bölüşəcəklər.
Tədbirdə enerji siyasətinin iqtisadi və siyasi əsasları, ətraf mühitə təsiri, regional inkişafa töhfəsi və digər məsələlər müzakirə olunacaqdır.
Proqram haqqında daha ətraflı məlumatı və yay məktəbində iştirak üçün ərizə formalarını http://ada.edu.az/summerschool ttp://ada.edu.az/summerschool saytından əldə etmək olar.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında