Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskva ali məktəblərinin tələbələri arasında intellektual oyun keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskva ali məktəblərinin tələbələri arasında intellektual oyun keçirilib. Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən Rusiya İntellektual Oyunlar Assosiasiyasının dəstəyi ilə təşkil olunmuş və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbirdə Rusiya ali məktəblərinin tələbələrindən ibarət 16 komanda iştirak edib.

RAGB İdarə heyətinin üzvü Emin Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın tədbir iştirakçılarına təbrikini və ən xoş arzularını çatdırıb. E.Hacıyev deyib: “Bu cür turnirlər bizim gənclər arasında çox populyardır. Bu, həmin gənclərin intellektual baxımdan inkişafına və komanda şəklində işləmək bacarığına dəlalət edir. Gələcəkdə biz RAGB-nin sədri Leyla Əliyevanın dəstəyi ilə çoxlu belə turnirlər keçirməyi planlaşdırırıq. Sevindirici haldır ki, bu gün müxtəlif beynəlxalq intellektual turnirlərdə bizim təşkilatı təmsil etmək üçün layiqli komandalarımız var”.

Oyunda Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) Azərbaycan klubunun komandası qalib gəlib.

Turnirin üç ən yaxşı oyunçusu adına M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Azərbaycan klubu komandasının iştirakçısı Viktoriya Kalyadina, MDLU-nun Azərbaycan klubu komandasının oyunçusu Aleksandra Şemelinina və G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin komandasının nümayəndəsi Leyla Carçıyeva layiq görülüb.

“Qələbə əzminə görə” nominasiyasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin “Dr. Brain” komandası qalib gəlib. “Avisenna” komandasının lideri Bəyaz Gözəlzadə ən yaxşı kapitan hesab edilib.

Qaliblərə sertifikatlar və xatirə suvenirləri təqdim olunub.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında