Çin alimləri Bilik Fondunda

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Azərbaycan və Çin fəlsəfəsi: qarşılıqlı əlaqələr və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib.

Bilik Fondunun və AMEA Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Çin alimləri – Çin İctimai Elmlər Akademiyası (ÇİEA) Fəlsəfə İnstitutu direktorunun müavini, professor Cui Veihanq, şöbə müdiri, professor Li He və əməkdaşı Çu Çunminin qatıldığı “dəyirmi masa”da AMEA Fəlsəfə İnstitutu, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universitetinin mütəxəssisləri, Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsi və universitetin Konfutsi İnstitutunun çinli müəllim və tələbələri iştirak ediblər.

Bilik Fondunun Aparat rəhbəri, professor İsaxan Vəliyev tədbiri giriş sözü ilə açaraq, “Hüququn fəlsəfəsi: Azərbaycan və Çin mövqeyindən yanaşma” mövzusunda məruzə söyləyib. Hüququn və fəlsəfənin qarşılıqlı tarixi aspektlərindən söz açan İ.Vəliyev bildirib ki, bu tarix özündə siyasi və hüquq elmlərini ehtiva edir. O, Çin hüquq fəlsəfəsindən danışaraq bildirib ki, bu gün həm Azərbaycanda, həm də Çində əməllərin dekiriminalizasiyası aparılır, cəzanın humanistləşdirilməsi hər iki dövlətin siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Aparat rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 fevral 2017-ci ildə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” imzaladığı sərəncamdan söz açıb. Bildirib ki, artıq bir çox əməllər cinayət hadisəsi hesab olunmur. Çində də bu proses aparılır və bir çox əməllər üzrə cinayət törədənlərə verilən ölüm cəzası ləğv edilib və gələcəkdə də prosesin davamlı xarakterli olacağı nəzərdə tutulub.

Professor İ.Vəliyev Çin alimlərini Bilik Fondunun lektorlar qrupuna üzv olmağa dəvət edib və onların “Azərbaycan elmi xaricdə” və “Dünya elmi Azərbaycanda” layihələri çərçivəsində maraqlı mövzularla görüşlər keçirəcəyinə əminliyini vurğulayıb.

“Dəyirmi masa”da çıxış edən çinli alimlər Azərbaycandakı stabil şərait və ölkə başçısının yürütdüyü müstəqil daxili və xarici siyasət barədə ətraflı bilgilərə malik olduqlarını söyləyiblər. Çinin Azərbaycanla müxtəlif səviyyədə geniş əlaqələrə malik olduğunu diqqətə çatdıran professor Cui Veihanq fəlsəfə sahəsində də elmi əməkdaşlığın yüksək xətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Professor Li He Azərbaycanda səfərdə olduqları müddətdə maraqlı görüşlər keçirdiklərini və yerli alimlərlə, onların elmi işləri ilə yaxından tanış olduqlarını bilıdirib. O, Bilik Fondunun mühazirəçiləri olmaqla bağlı səsləndirilən təklifi böyük məmnuniyyətlə qəbul etdiklərini söyləyib.

Tədbirdə Memarlıq və İnşaat Universiteti ictimai fənlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Könül Əliyeva, Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov çıxış edərək Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası alimlərinin birgə əməkdaşlığının əsas prioritet istiqamətlərindən danışıblar.

Bilik Fondunun mətbuat xidmətindən bildiriblər ki, günün birinci yarısında çinli alimlərin iştirakı ilə “dəyirmi masa” AMEA-nın Fəlsəfə İnstitutunda “Transformasiyalaşan cəmiyyətlər: Fəlsəfə və dəyərlər” mövzusunda öz işini davam etdirib.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında