“Müasir dünyada inteqrasiya və elmin aktual problemləri”

Lənkəran Dövlət Universitetində keçirilən “Müasir dünyada inteqrasiya və elmin aktual problemləri” mövzusunda elmi konfransda Azərbaycanın 26 ali təhsil müəssisəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının və qardaş Türkiyə Cümhuriyyətinin 2 universitetinin, eləcə də 10 təşkilatın nümayəndə heyətləri iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkına gedərək ulu öndərin abidəsini ziyarət ediblər. Ümummilli liderə ehtiram əlaməti olaraq abidəsinin önünə gül dəstələri düzülüb.

Konfrans dövlət himnimizin səslənməsi ilə başlayıb. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov müasir dünyamızda inteqrasiya məsələsinin uğurlu həllinin vacibliyini vurğulayaraq, mövzunun müzakirəsində hamıya uğurlar arzulayıb. O, Lənkəran Dövlət Universitetində son illər elm və təhsilin inkişafı istiqamətində aparılan çoxşaxəli fəaliyyətdən, qazanılan uğurlardan söz açaraq, buna ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısı sayəsində nail olduqlarını bildirib. Prezident İlham Əliyevin elm və təhsilin inkişafı ilə bağlı imzaladığı sərəncam və qərarların ölkədə uğurla həyata keçirildiyini deyib.

Lənkəran Dövlət Universitetinin tədqiqat işləri və innovasiyalar üzrə prorektoru vəzifəsini icra edən professor Yədulla Ağazadə “Müasir dünyada inteqrasiya və elmin inkişaf istiqamətləri“ mövzusunda məruzə edib. Məruzədə ölkədə və o cümlədən LDU-da bu sahədə görülən işlər və qarşıda duran problemlər ətraflı təhlil olunub.

Türkiyə Cümhuriyyətinin Qarabük Universitetinin təmsilçisi Hamdi Qızıler belə bir elmi konfransın işində iştirakdan qurur duyduğunu dilə gətirərək, LDU ilə elm və təhsilin inkişafı istiqamətində əməkdaşlığın uğurla davam etdiriləcəyini, birgə layihələrin işlənəcəyini deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Zahid Məmmədov çıxışında bildirib ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri də elm, təhsil sahəsinə göstərilən ardıcıl, davamlı münasibətdir. Bu qayğının məqsədi elmi-texniki potensialın qorunub saxlanması, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarların qəbul edilməsi olub. Professor çıxışında elm və təhsil sahəsində, o cümlədən ali təhsil müəssisələri ilə alimlər arasında qurulan əməkdaşlığın, ölkələrarası əlaqələrin inkişafına mühüm təsir göstərən məqamlardan olduğunu da xüsusi vurğulayıb. UNEC-də bu istiqamətdə mühüm addımlar atıldığını diqqətə çatdıran professor universitetin beynəlxalq əlaqələri, dünyanın aparıcı universitetləri ilə aparılan ikili diplom proqramları, müəllim-tələbə mübadiləsindən danışıb. Z.Məmmədov UNEC-də mütəmadi olaraq dünyanın tanınmış iqtisadçı almlərini bir araya gətirən beynəlxalq elmi konfransların keçirildiyini iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Cəmilə Namazova tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycanda elm siyasətinin yenidən müəyyən edilməsi, onun müxtəlif istiqamətlərinin təkmilləşdirilməsi, bu yöndə yeniliklərin tətbiqi çağdaş elmimizin dünya elmi ilə uzlaşmasına gətirib çıxarıb. Bu müsbət hadisə ölkənin elmi ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Ölkə başçısı İlham Əliyev alimlərin, elm adamlarının, təhsil işçilərinin əməyinin dəyərləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirib.

Sonra ADİU-nin professoru Sifariz Səbizəliyev və professor Abbas Seyidov, ADAU-nin professoru Zaur Hümbətov, elm şöbəsinin müdiri Abbas İsmayılov məruzə ətrafında çıxış edərək Azərbaycan elminin dünya elminə inteqrasiyasının vacibliyindən, məsələnin həlli yollarından bəhs ediblər.

Konfransda “Riyaziyyat, informatika və fizika”, “Kimya və biologiya”, “Coğrafiya və ekologiya”, “Tarix,fəlsəfə və beynəlxalq münasibətlər”, “Dilçilk və ədəbiyyatşünaslıq”, “Xarici dillər”, “İqtisadiyyat və idarəetmə”, “Texnologiya, texnika və aqrar”, “Pedaqoqika, psixologiya və kulturologiya” bölmələrində məruzələr dinlənilib.

Konfransın sonunda iştirakçılar Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında