Görkəmli alim Aqil Əliyev Azərbaycan iqtisadiyyatının və təhsilinin inkişafına layiqli töhfələr verib

Dekabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında görkəmli iqtisadçı alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Aqil Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilən elmi-praktik konfrans keçirilib.

AMEA-dan bildirilib ki, tədbirdə İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov iqtisadçı alim Aqil Əliyevi mahir pedaqoq, bacarıqlı təşkilatçı olmaqla yanaşı, həm də qayğıkeş insan kimi xarakterizə edib. Vurğulayıb ki, Aqil Əliyev səmərəli elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycan iqtisadiyyatının və təhsilinin inkişafına layiqli töhfələr verib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Aqil Əliyevin yetirməsi Natiq Qasımov görkəmli alimin həyat və elmi-pedaqoji fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. Vurğulayıb ki, məhsuldar elmi tədqiqatlarla məşğul olan Aqil Əliyev uzun müddət Azərbaycan Tibb Universitetində siyasi iqtisadiyyatdan mühazirələr oxu1yub, kafedra müdiri vəzifəsində çalışıb. Onun tədqiqatlarında səhiyyə ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə məsələləri xüsusi yer tutub. Aqil Əliyevin yetişdirdiyi alimlər hazırda ölkə iqtisadiyyatının müxtəlif sahələrində, ali məktəblərdə, tədqiqat institutlarında uğurla fəaliyyət göstərirlər.

İqtisadçı alimin elmi-pedaqoji və ictimai fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini söyləyən N.Qasımov onun “Şöhrət” ordeni və bir sıra digər dövlət mükafatları ilə təltif olunduğunu xatırladıb.

Tədbirdə çıxış edən İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Rəna Sultanova mərhum alimin gənc tədqiqatçılara daim dəstək olduğunu, onun bu sahədə elmi məktəb yaratdığını vurğulayıb. Bildirib ki, Aqil Əliyevin ölkəmizdə sosial sahənin iqtisadiyyatına həsr olunan əsərləri geniş mənada cəmiyyətin aktual məsələlərinin tədqiqinə xidmət edir.

İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor İsa Alıyev görkəmli alimlə bağlı xatirələrini bölüşüb.

Sonda Aqil Əliyevin ailə üzvləri adından çıxış edən Etibar Qasımov alimin 90 illiyinə həsr olunan tədbirin təşkilinə görə AMEA-nın rəhbərliyinə və İqtisadiyyat İnstitutunun kollektivinə təşəkkürünü bildirib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında