“İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinin təqdimatı

Dekabrın 19-da UNİCEF-in maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinə dair hesabat tədbiri keçirilib.

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, tədbirin keçirilməsində məqsəd məktəbəqədər təhsilin vacibliyini və bu sahədə ötən 8 ay ərzində görülən işləri ictimaiyyətin diqqətinə çatdırmaq olub.

Tədbirdə təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov, millət vəkilləri, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin, Təhsil İnstitutunun, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil ekspertləri və məktəb direktorları iştirak ediblər.

Hesabat tədbirini giriş sözü ilə açan Emin Əmrullayev həyata keçirilən layihə ilə bağlı ətraflı məlumat verərək bildirib ki, layihə çərçivəsində Bakı şəhərində və 10 rayonda 50 icma seçilib, hər icmaya orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq cəlb olunub. İcmada iştirak edən valideyn məktəbəqədər təhsil qruplarında övladını könüllü şəkildə qeydiyyatdan keçirir və razılığa əsasən həftədə bir neçə gün 2-4 saat ərzində uşaqlara hazırlıq təşkil olunur. İcmalarda dərslər könüllü müəllimlər, məktəb işçiləri və ya valideynlər tərəfindən aparılır. UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin isə “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinin uğurla həyata keçirilməsini diqqətə çatdıraraq bu cür təşəbbüslərə dəstək verməkdən məmnun olduqlarını qeyd edib.

Daha sonra təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov çıxış edərək Azərbaycan Respublikasının dövlət təhsil siyasətinin strateji istiqamətlərindən biri olan məktəbəqədər təhsilin əhəmiyyətindən və bu sahədə əldə edilmiş nailiyyətlərdən danışıb. Erkən uşaqlıq dövrünü uşaqların potensial imkanlarının inkişafı dövrü hesab edən Ceyhun Bayramov bu yaş dövründə təhsilin uşağa ətraf mühitin kəşf olunmasına, baş verən dəyişiklikləri şüurlu şəkildə dərk etməsinə, sosiallaşmasına, digər uşaq və böyüklərlə əməkdaşlıq etməsinə imkan yaradan bir vasitə olduğunu vurğulayıb.

Ceyhun Bayramov Təhsil Nazirliyi ilə UNİCEF-in səmərəli və islahatyönümlü əməkdaşlığını yüksək qiymətləndirib və bu əməkdaşlığa görə təşkilatın Azərbaycandakı nümayəndəliyinə təşəkkürünü bildirib.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında