Ağstafada regional Bilik evi açıldı

Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun növbəti Bilik evi Ağstafa rayonunda açılıb.

Rayon icra hakimiyyətinin dəstəyi ilə Ağstafadakı Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək regional Bilik evinin açılış mərasimindən öncə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov RİH başçısı Məhərrəm Quliyevlə görüşüb.

Fondun icraçı direktoru, icra başçısı, qonaqlar və iştirakçılar tərəfindən ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzülüb.

Tədbirdən öncə fondun lektorlar qrupunun üzvü, Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva yerli gənclərdən ibarət auditoriya qarşısında “Bilik Azərbaycanda insan kapitalının inkişafında əsas amil kimi” mövzusunda mühazirə ilə çıxış edib.

Bilik Fondunun mətbuat xidməti bildirib ki, yerli rəsmi qurumların təmsilçiləri, təhsil müəssisələrinin müəllim, tələbə və şagird kollektivləri, ağsaqqallar, gənclər və jurnalistlərin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimini giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açıb. Bildirib ki, ölkədə aparılan daxili və xarici siyasətin mahiyyətinin yerlərdə əhaliyə dəqiq və dolğun çatdırılmasına, milli-mənəvi dəyərlərin təbliğinə ehtiyac var. Gənclərin savadlanması və müxtəlif müasir peşələrə yiyələnməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsi olduqca vacibdir.

Tədbirdə çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun əhalinin, xüsusilə də gənclərin elmi biliklərinin artırılması, milli-mənəvi dəyərlərin təbliği istiqamətindəki fəaliyyəti barədə geniş məruzə ilə çıxış edərək, fondun “İslam Həmrəyliyi ili”ndə həyata keçirdiyi maarifləndirici layihələrdən danışıb, ölkənin müxtəlif bölgələrində bilik evlərinin açılmasını maarifləndirmə istiqamətində atılan əhəmiyyətli addım kimi qiymətləndirib.

Bilik evinin Ağstafada fəaliyyətə başlamasına şərait yaratdığına görə rayon rəhbərliyinə minnətdarlığını bildirən icraçı direktor Nardaran, İsmayıllı, Qax, Oğuz, Astara, Şəmkir, Ağdaş, Qarabağ regional bilik evlərinin fəaliyyətini xatırladaraq, bu maarifləndirmə ocaqlarının iş prinsipləri, hədəfləri, potensialları barədə məlumat verib. Oktay Səmədov milli-mənəvi dəyərlərin qorunması və təbliği işində gəncləri fəal olmağa çağırıb, Vətənə sevgi, dövlətə sədaqət, vətəndaşlara qayğı göstərməyin məhz milli-mənəvi dəyərlərə sadiqlikdən keçdiyini deyib.  

Açılış mərasimində icra hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri, Bilik Fondunun yerli nümayəndəsi Leyla İsayeva da çıxışında Ağstafa regional Bilik evinin fəaliyyət planı haqqında məlumat verərək bildirib ki, layihələrin əsas mahiyyətini əhali arasında geniş maarifləndirmə işinin aparılması təşkil edəcək.  

Tədbirdə Bilik Fondu ilə Ağstafa Heydər Əliyev Mərkəzi arasında əməkdaşlıq barədə niyyət sazişi imzalanıb.

Açılış mərasimindən sonra fondun icraçı direktoru Bilik evinin mütəxəssisləri, təlim kurslarının dinləyici və təlimçiləri ilə görüşüb.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında