ADA Universitetində biznes sektorunun liderləri ilə görüş keçirilib

ADA Universiteti bu il başladığı “İnkişaf naminə 100 yeni tərəfdaş” adlı kampaniya çərçivəsində biznes sektorunun liderləri ilə hesabat tədbirini keçirib. Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

ADA Universiteti yarandığı ilk gündən məşğulluq bazarında təmsil olunan sektorlarla əməkdaşlıq etsə də, ölkədə “bilik iqtisadiyyatı”nın inkişafı bu əməkdaşlığı şaxələndirmək zərurətini ortaya qoyub. Yeni kampaniya çərçivəsində ADA şirkətlərlə üç əsas istiqamət üzrə işləyir: ADA tələbələri üçün müxtəlif sahələrdə staj imkanları, şirkətlər üçün ixtisasartırma proqramları və tələbə təqaüdləri. Bu maliyyə dəstəyi hesabına, həmçinin universitetdə tələbələrin “start up” ideyalarını inkişaf etdirən İnnovasiya Mərkəzi yaratmaq mümkün olub. Tədbirdə ADA tələbələri ən uğurlu “start up” layihələrini biznes sektoru liderlərinə təqdim ediblər.

Hesabat tədbirini yekunlaşdıran xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev deyib: “Müstəqil Azərbaycan Respublikası son illər bütün sahələrdə əhəmiyyətli inkişaf əldə edib. Bizim ölkənin beynəlxalq miqyasda uğurlu olması üçün bütün resursları var. Lakin insan resurslarından hələ ki, tam səmərəli istifadə edə bilməmişik. ADA Universitetinin missiyası Azərbaycana müxtəlif sahələrdə yüksək səviyyəli insan resursunun hazırlanmasını təmin etməkdir. Bu istiqamətdə universitetin göstəriciləri məmnunluq doğurur - məzunların 90 faizi universiteti bitirdikdən üç ay sonra iş tapır”.

Rektor vurğulayıb ki, ADA Universiteti təkcə Azərbaycan üçün yox, qlobal miqyasda mükəmməl kadrlar yetişdirməyi qarşısına məqsəd qoyub. Bu istiqamətdə sənaye sektoru ilə yaxın münasibətlər qurmaq vacibdir.

 ADA Universitetinin tədbirinə 40 digər biznes sektorunun liderləri ilə qoşulan “PricewaterhouseCoopers” (PwC) şirkətinin Azərbaycandakı nümayəndəliyinin idarəedici tərəfdaşı Mövlan Paşayev universitetlə qurulan münasibətlərindən məmnunluğunu ifadə edib: “Bu günə kimi şirkətimizdə ADA Universitetinin 20 tələbəsi və məzunu staj və məşğulluq imkanlarından yararlanıb. Deyə bilərəm ki, bu gənclərin keyfiyyətcə fərqləndiyi dərhal nəzərə çarpır: onlar müasir biznes mühitinə uyğun, praktik və ən son bilik və bacarıqlara malikdirlər. ADA Universitetinin təhsil fərqi də məhz bundadır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında