Məktəblərarası yarış keçirilib

“Hər vərəqi bir yarpağa dəyişək” layihəsi çərçivəsində məktəblərarası yarış keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, IDEA İctimai Birliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Kağız və Karton İstehsalat Kombinatının birgə həyata keçirdiyi layihənin əsas məqsədi ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdan ibarətdir.

Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, yarışın nəticəsinə əsasən, Bakı şəhəri 283 nömrəli tam orta məktəb 590 kq, 7 nömrəli tam orta məktəb 520 kq, 5 nömrəli tam orta məktəb isə 440 kq kağız tullantıları toplayıb. Bunun müqabilində məktəblərə A4 vərəq hədiyyə olunub.

Qalib gəlmiş 283 və 7 nömrəli məktəblərin şagirdlərinin Azərbaycan Kağız və Karton İstehsalat Kombinatına ekskursiyası nəzərdə tutulub. Ekskursiya zamanı şagirdlər Azərbaycan Kağız və Karton İstehsalat Kombinatında kağızın təkrar emalı prosesi ilə tanış olacaqlar.

Samirə Əliyeva,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında