ATU-da tələbələrin rəsm sərgisi

Azərbaycan Tibb Universitetində (ATU) “İstedad sorğusunda” mövzusuna həsr olunmuş tələbələr arasında rəsm sərgisi keçirildi. 14 tələbə-rəssamın bir-birindən baxımlı 86 əsəri sərgiləndi.

Universitetin həmkarlar ittifaqı təşkilatının sədri Cahangir Qasımov sərginin məqsədi haqqında məlumat verib: “Məqsədimiz yaradıcı qabiliyyəti olan istedadlı tələbələrimizi tapıb üzə çıxarmaq, onları həm ATU heyətinə, həm də ictimaiyyətə tanıtdırmaqdır. Çünki tələbələrimiz yalnız tibb sahəsindəki bilikləri ilə kifayətlənmir. Elə tələbələrimiz var ki, xüsusi qabiliyyətləri nəticəsində yaradıcı sahələrdə də uğur qazana bilərlər”.

C.Qasımov qeyd edib ki, rektor Gəray Gərabəylinin tapşırığına əsasən, bu cür tələbələrin tanıdılması üçün sərgi təşkil olunub.

Sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli sərgidə təqdim olunan əsərlərlə tanış olaraq, rəssamlıq qabiliyyəti olan tələbələrlə söhbət edib. Əsərləri nümayiş etdirilən tələbələr burada sərgilənən əl işləri barədə rektora məlumat veriblər. Universitet rəhbərliyi ilə yanaşı, müəllim və pedaqoqlar, digər qonaqlar da gələcək həkimlərin rəsm əsərlərindən ibarət sərgisinə tamaşa ediblər.

Tədbirin bədii hissəsində Şuşa Dövlət Musiqili Dram Teatrının “Güllələnmiş heykəlin fəryadı” tamaşası nümayiş etdirilib.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında