Bakı məktəblisi beynəlxalq turnirin qalibi olub

Paytaxt məktəblisi şahmat üzrə beynəlxalq yarışda birinci yerə layiq görülüb.

Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 308 nömrəli tam orta məktəbin IX sinif şagirdi Gövhər Beydullayeva Rusiyanın Moskva şəhərində 11 ölkəni təmsil edən 14 yaşadək olan şahmatçılar arasında keçirilən turnirdə bütün rəqibləri üzərində qələbə qazanıb.

G.Beydullayeva kubok, medal və diplomla təltif olunub.

Qeyd edək ki, G.Beydullayeva şahmat üzrə 2012-2017-ci illər ərzində 5 dəfə Azərbaycan çempionu olub. O, Avropa çempionatlarında 2013-cü və 2017-ci illərdə birinci, 2014-cü və 2015-ci illərdə ikinci yeri tutub. “Baku Open-2017” və “Naxçıvan Open-2017” beynəlxalq şahmat festivallarında qadınlar arasında  birinci yerə layiq görülüb. Məktəbli Respublika Şahmat Olimpiadasında dəfələrlə qalib olub.

G.Beydullayeva şahmat üzrə idman ustasıdır.

Samirə Əliyeva,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında