Turizm məhsulları Azərbaycanda

Azərbaycan Turizm və Menecment Universitetində “Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda respublika məqalə müsabiqəsinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Qeyd edək ki, müsabiqə dövlətin turizm siyasəti sahəsində həyata keçirdiyi tədbirlərin və aparılan işlərin cəmiyyətdə daha geniş təbliğ olunması, davamlı turizm sahəsi üzrə aktual mövzuların ictimaiyyətin diqqətinə çatdırılmasına həsr olunub.

Həmçinin, həmin mövzularda tədqiqat və araşdırma işlərinin aparılmasına elm sahəsində fəaliyyət göstərən insanların cəlb edilməsi, həmçinin onların apardıqları elmi tədqiqatların nəticələrinin ictimaiyyətə təqdim edilməsi, “Beynəlxalq davamlı turizm ili”nin elan edilməsinə diqqətin cəlb olunması məqsədilə təşkil olunub.

Konfransı giriş sözü ilə açan universitetin rektoru İlham Mədətov keçirilən müsabiqə və konfransın 2017-ci ilin Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən elan olunmuş “Beynəlxalq inkişaf naminə davamlı turizm ili”nə həsr olunmasından söz açıb. O, “Beynəlxalq davamlı turizm ili”ndə Azərbaycanda keçirilən çoxsaylı tədbirlərdən, həmçinin mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi istiqamətində regionlarda turizm fəaliyyətinin stimullaşdırılaraq yeni turizm marşrutlarının yaradılması prosesindən danışıb.

İ.Mədətov, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”, “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında”, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”, habelə, “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman və sərəncamından söz açıb. O, həmçinin, 2017-ci ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Bakı şəhərində yenilik edilərək keçirilməsi baş tutan şopinq festivallarından danışaraq aparılan məqsədyönlü tədbirlərin uğur göstəricisi kimi turist sayında olan artım, eləcə də əcnəbi turistlərin gəldikləri ölkələr sırasına yeni ölkələrin daxil edilməsini xüsusilə vurğulayıb.

Qeyd olunub ki, keçirilən müsabiqəyə yüzdən çox məqalə təqdim edilib. 2017-ci ilin fevral- sentyabr aylarında təqdim olunan yazılar təşkilat komitəsinin üzvləri tərəfindən 40-a yaxın məqalə konfransın proqramına daxil edilib.

Zərifə HÜSEYNOVA,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında