Azərbaycanla Qırğızıstan arasında təhsil və elm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin təhsil və elm naziri xanım Qulmira Kudayberdiyeva ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi və əlaqələrin genişləndirilməsinin xalqlarımızın mənafeyinə uyğun olduğu bildirilib.

Nazir qeyd edib ki, Azərbaycan və qırğız xalqları qardaş xalqlardır. O, əməkdaşlığın inkişafında səfirliyin xüsusi rolunun olduğunu vurğulayıb.

Səfir Azərbaycan Təhsil Nazirliyi ilə Qırğızıstanın Təhsil və Elm Nazirliyi arasında əməkdaşlıq haqqında saziş layihəsindən söz açıb, sənəd üzərində işin başa çatmasının zəruriliyini qeyd edib.

Nazir bu məsəlini nəzarətə götürəcəyini vurğulayıb, iki ölkənin ali məktəbləri arasında əməkdaşlığın inkişafından məmnun olduğunu bildirib. O, orta məktəblər arasında da əməkdaşlıqda maraqlı olduqlarını deyib və bu sahədə təcrübənin yaxından öyrənilməsi üçün nazirliklərin nümayəndələrinin görüşlərinin keçirilməsinin vacibliyini bildirib.

Qulmira Kudayberdiyeva 2016-cı ildə Baş nazirin müavini vəzifəsində işləyərkən Azərbaycana səfər etdiyini, Bakının gözəlliyinə heyran olduğunu, Azərbaycanın qısa müddətdə belə inkişaf etməsindən qürur duyduğunu bildirib.

Səfir qeyd edib ki, qardaş ölkələr arasında münasibətlərin, xüsusilə də təhsil və elm sahəsində əməkdaşlığın inkişafı dövlət başçılarımızın maraq dairəsindədir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilib.

Qulu KƏNGƏRLİ,
AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında