Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzinin açılışı

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı ilə Çin-Rusiya İnnovasiya Texnoparkı arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədə görə tərəflər birgə elmi-texniki proqramlar, innovativ layihələr həyata keçirəcək, innovasiya və sənaye infrastrukturunun inkişafı sahəsində informasiya mübadiləsi aparacaqlar.

 Həmçinin Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzinin açılış da olub. Mərkəzin yaradılmasının əsas məqsədi ölkəmizlə Çin arasında yüksək texnologiyalar sahəsini birgə inkişaf etdirməkdir. Həmçinin bu mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri beynəlxalq texnologiyaların köçürülməsi, birgə yüksək texnologiyalı məhsulların yaradılması və təşviqi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsidir.

Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzinin açılış mərasimində AMEA-nın Yüksək Texnologiyalar Parkının, Çin-Rus İnnovasiya Texnoparkının rəhbərliyi, Çinin iş adamları və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasından nümayəndələr iştirak ediblər.

Açılış mərasimində Çin-Rusiya İnnovasiya Texnoparkının baş direktoru Çjan Jençjuna bildirib:

“Yeni texnologiyalar sahəsində Çin-Rusiya regionu üzrə ilk hökumətlərarası və dövlətlərarası təşkilat olan texnoparkı postsovet ölkələri ilə böyük əməkdaşlıq təcrübəsinə malikdir. O, texnoparkın ərazisində yeni materialların hazırlanması, biofarmasevtik, elektron və mexaniki sistemlərin inteqrasiyası, yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 350 rezidentin fəaliyyət göstərdiyini bildirib. Bu mərkəz Azərbaycan və Çin arasında beynəlxalq əməkdaşlığın inkişafında müsbət rol oynayacaq. Həmçinin Azərbaycanda innovasiya ekosisteminin qurulmasını sürətləndirəcək”.

AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev isə çıxışında, milli innovasiya sistemini genişləndirmək üçün uğurlu layihələrin həyata keçirilməsinin və bu sahəyə investisiya axınının gücləndirilməsinin zəruriliyini vurğulayıb. Mərkəz texnologiyaların ticarətində, yeni və yüksək texnologiyaların təbliği, birgə laboratoriyaların yaradılmasına böyük təkan verəcək. Bu cür beynəlxalq əlaqələrin qurulması innovasiya siyasətinin həyata keçirilməsi üçün infrastrukturun yaradılmasında mühüm rol oynayır.

 Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb.

 Ülviyyə VAHİDQIZI,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında